Qızının dodağından öpməsi etirazla qarşılandı -FOTO

Qızının dodağından öpməsi etirazla qarşılandı -FOTO
MAQAZİN
20:55 14.07.2016
5476
Məşhur modelyer, dizayner və ingiltərəli sabiq futbolçu Devid Bekhamın həyat yoldaşı Viktoriya Bekhamın sosial şəbəkədə paylaşdığı foto, necə deyərlər, başına bəla olub.

AZXEBER.COM-un məlumatına görə, buna səbəb dizaynerin qızı Harper Seven ilə dodaq-dodağa öpüşərkən çəkilmiş fotosu olub.

Böyük müzakirələrə səbəb olan fotonun altından həddindən çox neqativ şərhlər yer alıb. Ciddi tənqidlər yazan sosial şəbəkə istifadəçiləri uşaqlarla bu cür şəkillər çəkdirməyin və dodaqdan öpüşməyin doğru olmadığını önə çəkib.

Lakin Viktoriya Bekhamı dəstəkləyənlər də az deyil. Əksər valideynlər dizaynerə dəstək olmaq üçün öz uşaqları ilə dodaq-dodaqa çəkilmiş fotolarını paylaşıb.
OXŞAR XƏBƏRLƏR