Qızının oğlan qucağında fotoları yayılan müğənni: Mən icazə verirəm, cavanlığını yaşasın

Qızının oğlan qucağında fotoları yayılan müğənni: Mən icazə verirəm, cavanlığını yaşasın
MAQAZİN
16:39 28.12.2017
20301

Ötən gün qızı Zəhra ilə restoranlardan birindən çıxarkən görüntülənən Hülya Avşar gözlənilməz açıqlaması ilə təccübləndirib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, aktrisa-müğənni restoranın çıxışında müxbirlərlə söhbət edib. Hülya ona ünvanlanan "Zəhra sizi sevgilisi ilə tanış etmək istəsə, nə reaksiya verərsiniz?" sualına: "Mənim qızım ciddi düşündüyü birini mənimlə tanış edər. Təbii ki, onların arasında dostları da olacaq, gəzəcək, keyfini çəkəcək də. Gəncliyinin dadını çıxarsın, mən icazə verirəm. Zəhraya hər mövzuda güvənirəm", - cavabı ilə diqqət çəkib.

Qeyd edək ki, Zehra Çilingiroğlunun sevgilisiylə çəkilən aşağıdakı fotoları günlərlə müzakirə olunmuşdu.

OXŞAR XƏBƏRLƏR