96 yaşlı Xalq artisti Roza Cəlilova qızlara oğlan rəqslərinin öyrədilməsinə etiraz edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə sənətkar ARB telekanalında "Pərvizə görə”də danışıb.
O bildirib ki, qızlar incə olmalıdır:
"Sizinlə razıyam. Qız gərək incə olsun. Gözü ilə baxmağı olsun. Bu, nə deməkdir? Çox acılıyıram. Oynasın, olsun qəşəng. Məsələn, bir qonaqlıqda hamı durub oynayır, yallı gedirlər. Bu, başqa bir şeydir. Ya da ləzginkanın öz oyun qaydası var, ayaq hərəkətləri olur. Lakin tullanmaq-düşmək yox”.
Aysel