19 yaşlı qızı zorlayan silahla insanları qorxudaraq hadisə yerindən qaçıb
Çində orta məktəb qarşısında məktəbli qız naməlum şəxs tərəfindən zorlanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 19 yaşlı Cin-ko qızlar üçün məktəbdən çıxıb evə gedərkən günorta vaxtı naməlum şəxsin hücumuna məruz qalıb.Hadisə insanalrın gözü qarşısında baş verib. Naməlum şəxs maskada olub və əlində silah tutub. Silahlı naməlum şəxs insanların gözü qabağında qızı soyundurub və zorlayıb. Maraqlısı budur ki, hadisə vaxtı ərazidə və yaxınlıqda heç bir polis əməkdaşı olmayıb.Qızın çığırtısı və yalvarışlarına heç kəs fikir verməyib. Naməlum şəxs qızı zorladıqdan sonra havaya bir neçə atəş açıb və daha sonra motosiklə minərək qaçıb.Bundan sonra ətrafdakı insanlar məktəbli qıza yardım edib və onu xəstəxanaya aparıblar.Hazırda polis qızı zorlayan naməlum şəxsin axtarışlarına başalyıb.