Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ömrünün 53-cü baharına qədəm qoyur.
Mehriban Əliyevanın qızları sosial şəbəkələrdə analarını təbrik ediblər.
Birinci xanımın böyük qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi Instagram səhifəsində Mehriban Əliyevanın nəvəsi ilə çəkilmiş fotosunu paylaşıb. Leyla Əliyeva fotoya "Happy birthday First Lady” ("Ad günün mübarək, Birinci xanım”) şərhini yazıb.
Meriban Əliyevanın kiçik qızı Arzu Əliyeva isə öz səhifəsində anasının fotosunu paylaşaraq onu təbrik edib.
"Happy birthday, Mehriban Aliyeva” ("Doğum günün mübarək, Mehriban Əliyeva)”, - fotoya şərhdə yazılıb.
