17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Gürcüstanın paytaxtı Tiflis şəhərində UEFA tərəfindən təşkil olunmuş turnir çərçivəsində bu gün Türkiyə – Azərbaycan oyunu keçirilib.
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata qarşılaşma 3:1 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Maya Danqadze fərqlənib.