Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
SAĞLAMLIQ
10:23 12.03.2024
700
Qlaukoma - el arasında "qara su” kimi tanınan, gözün daxili təzyiqinin artması nəticəsində görmə itiliyinin zəifləməsi ilə müşahidə olunan xronikləşmiş oftalmoloji xəstəlikdir.
 
AZXEBER.COM xəbər verir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası, optik diskin OCT (Optik Koherent Tomoqrafiya) müayinəsi, qonioskopiya kimi müayinə metodları daxildir.

Xəstəliyin başlanğıcında pasiyentlər bəzən göz önündə dumanlanma, gözlərdə gərginlik, təzyiq çox yüksələrsə gözdə qızartı və ağrı hissindən şikayət edirlər. Görmə itiliyi tədricən azaldığı üçün vaxtında həkimə müraciət edilmir. Qlaukomanın obyektiv simptomları gözdaxili təzyiqin artması, görmə sahəsinin daralması və son mərhələlərdə görmə sinirinin qidalanmasının pozulmasıdır (atrofiya). Görmə sinirinin atrofiyası geridönməz prosesdir və görmə itiliyinin itməsinə səbəb olur. Buna görə də qlaukomanın erkən mərhələdə aşkarlanması xəstəliyin proqnozunda müsbət rol oynayır. 

İlkin mərhələdə xəstəliyin müalicəsində hipotenziv (göz təzyiqini azaldan) damcılardan istifadə olunur. Proqressiv gedən xəstəlik zamanı isə operativ yollara da müraciət olunur. 

Qlaukoma xəstəliyinin stasionar terapevtik müalicəsi və göz təzyiqinin azalmasına yönəlik (antiqlaukomatoz) əməliyyatlar da icbari tibbi sığorta tərəfindən qarşılanır. 

Yuxarıda qeyd edilən müayinə metodları və əməliyyatlardan istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir. 

Qeyd edək ki, qlaukoma korluğa səbəb olduğu üçün bu xəstəliyə diqqəti cəlb etmək məqsədi ilə martın 10-dan 16-dək dünyada "Beynəlxalq Qlaukoma Həftəsi” kimi qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım