Qlobal istiləşmə doğuşa təsir edir – Kimlər daha çox risk altındadır?

Qlobal istiləşmə doğuşa təsir edir – Kimlər daha çox risk altındadır?
SOSİAL
12:38 06.04.2026
304
 
Yeni bir araşdırma temperaturla doğum nisbəti arasında diqqətçəkən əlaqəni ortaya qoyub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Oksford Universiteti tədqiqatçılarına görə, 20 dərəcə Selsi və daha yüksək temperatur oğlan uşaqlarının doğum nisbətinin azalmasına səbəb ola bilər.

Hamiləliyin erkən mərhələlərində istiliyə məruz qalmaq, xüsusilə oğlan döllərində doğuşdan əvvəl ölüm riskini artıra bilər.

Araşdırmada Afrika və Hindistanın 33 ölkəsində 5 milyondan çox doğuş təhlil edilib. Nəticələr göstərib ki, yüksək temperatur hər iki bölgədə, xüsusilə də oğlan döllərinə mənfi təsir göstərə bilər.

Əvvəlki tədqiqatlara görə isə həddindən artıq isti hava ananın bədən istiliyini tənzimləmə qabiliyyətini zəiflədir və bu da düşük riskini artırır.

Aysel
OXŞAR XƏBƏRLƏR