Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır — Başçı əraziyə gəldi - FOTOLAR

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır — Başçı əraziyə gəldi - FOTOLAR
SOSİAL
16:18 09.09.2020
697
Abşeron rayonun Qobu qəsəbəsində növbəti küçənin - Sona Salmanova küçəsinin asfaltlanmasına başlanılıb. Bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı əraziyə gələrək görülən işlərlə yerindəcə tanış olub. 

Bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. 

İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb. 

Vurğulanıb ki, dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə 4 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. 

Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Daha sonra sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Sakinlər kənd ərazisində yüksək keyfiyyətli asfalt örütüyünün çəkilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. 

Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb