“Qobustan rayonunda baş verən sel fəsadları ilə yerində tanış olduq” – Millət vəkili

“Qobustan rayonunda baş verən sel fəsadları ilə yerində tanış olduq” – Millət vəkili
SOSİAL
14:34 26.07.2020
1277
Millət vəkili Şahin Seyidzadə Qobustan rayonunda baş verən sel fəsadları ilə yerində tanış olub. Bu haqda özünün sosial şəbəkə hesabında məlumat verən deputat bunları yazıb:

"Qısa müddət əvvəl Poladlı, Xilmilli kəndlərində və Qobustan şəhərində təbii fəlakət, həmçinin Pirsaat çayının Poladlı kəndi ərazisində baş verən çirkab sularının axması problemi baş vermişdir. Seçicilərimizdən (Qobustan şəhəri - Рамин Камилов, Yaqut Mursalıyeva, Xilmilli kəndi - Nəriman Cəbrayılov, Abuzər Mamedov, Dövlət Məmmədov, Elnur Qayıbov, Poladlı kəndi - Sail Ismayılov, Fikrət Əmrahov, Tofiq İsmayılov) son günlər bu məsələ ilə bağlı müraciət daxil olmuşdur. Bu gün Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədovla birlikdə yerində cari vəziyyətlə tanış olduq.

Məlumat üçün qeyd edim ki, təbii fəlakət baş verən zaman İcra hakimiyyəti, yerli İcra nümayəndəliyi, Bələdiyyə və Fövqəladə Hallar Nazirliyinin regional briqadaları tərəfindən çevik reaksiya göstərilmişdir. Sel daşqınının ardından yaranan işıq və qaz kəsintisi baş verən gün ərzində qısa müddətdə aradan qaldırılmış, sözügedən kəndlər, eyni zamanda Qobustan şəhərində #sel nəticəsində su dolmuş həyətlərdən pompalar vasitəsi ilə sular çəkilmişdir. Hər iki kənddə olan fəsadlarla tanış olan zaman daxili yollarda sel nəticəsində yaranmış problemlərin xüsusi texnika ilə artıq aradan qaldırılmasının şahidi olduq.

Hal-hazırda sel nəticələrinin #bərpa işləri davam etdirilməkdədir. Həmçinin sakinlərin də görülən işlərdə təşəbbüs göstərməsi və nəticələrin aradan qaldırılması üçün öz dəstəyini verdiyini görmək çox xoş oldu.

Məlumat üçün qeyd edim ki, dəymiş ziyanın dəyərləndirilməsi və baxış keçirilməsi haqqında Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb”.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı