Qobustanda ağır yol qəzası baş verib :- Ölən və yaralananlar var

Qobustanda ağır yol qəzası baş verib :-  Ölən və yaralananlar var
Bütün Xəbərlər
13:17 19.03.2014
1157
Qobustan rayonunda ağır yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 18-də saat 17.00 radələrində Qobustan rayonu 
Nərimanabad kəndinin ərazisində qeydə alınıb. Ağdaş rayon sakini Rövşən Babayevin idarə etdiyi “VAZ-2105”, Sumqayıt şəhər sakini Məcid Yusifovun idarə etdiyi “Mercedes” və Şəki şəhər sakini Allahverdi Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. R.Babayev və sərnişinləri - Bakı şəhər sakini Mirağa Hüseynov, Ağdaş rayon sakini Yaşar Hüseynov, Qobustan rayon sakini Ağanəzər Soltanov, onun oğlu Elgün və qızı Günel, habelə A.Abdullayevin sərnişini - Bakı şəhər sakini Zenfira Həbibullayeva xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR