Qobustanda avtomobil qəzasında 67 yaşlı qadın ölüb

Qobustanda avtomobil qəzasında 67 yaşlı qadın ölüb
SOSİAL
18:29 27.03.2026
154
Qobustanda avtomobil qəzası baş verib, bir nəfər ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün saat 12.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR