Qobustanda nənə və nəvə dəm qazından öldü

Qobustanda nənə və nəvə dəm qazından öldü
SOSİAL
20:55 10.02.2026
798
Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatı müvafiq qurumlar tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR