Qobustanda vəzifəli şəxslərə cinayət işi açıldı

Qobustanda vəzifəli şəxslərə cinayət işi açıldı
SOSİAL
15:05 28.02.2023
181
"Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Qobustan Rayon Prokurorluğundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildiilib ki, xəstəxana rəhbərliyi barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma zamanı vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR