Qoca kişi yataq xəstəsi olan arvadını öldürdü

Qoca kişi yataq xəstəsi olan arvadını öldürdü
DÜNYA
14:46 15.08.2026
155
Türkiyədə qoca kişi yataq xəstəsi olan 68 yaşlı arvadı A.C-ni bıçaqlayaraq öldürüb.

Hadisə Mardin bölgəsinin Nusaybin rayonunda qeydə alınıb.

S.C. ilə yataq xəstəsi olan həyat yoldaşı A.C arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra kişi həyat yoldaşına bıçaqla hücum edib.

Çağırışla gələn həkimlərin ilkin müayinəsi zamanı A.C-nin öldüyü müəyyən edilib.

Hadisədən sonra şübhəli S.C. polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.
 
//Lent.az
OXŞAR XƏBƏRLƏR