Qoca qadın intihar etdi - Zaqatalada

Qoca qadın intihar etdi - Zaqatalada
SOSİAL
21:04 11.10.2018
3496
Zaqatala rayonunda qoca qadın intihar edib.

AZXEBER.COM-un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, kənd sakini, təxminən,75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.

Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son həftə ərzində bu, Zaqatalada ikinci intihar hadisəsidir.
OXŞAR XƏBƏRLƏR