Qocalar evi yandı, 5 nəfər öldü

DÜNYA
15:20 24.01.2014
1162

Kanadada baş verən faciə zamanı 30 nəfərin aqibəti məlum deyil

Kanadanın Kvebek vilayətində qocalar evində baş verən yanğın azı 5 nəfərin ölümünə səbəb olub. Yanğın nəticəsində yararsız hala düşən binada əlil arabasında olan və ya əsa ilə gəzən xeyli insanın olduğu, onların xilas ola bilmədiyi bildirilir.30-a yaxın insanın aqibəti hələ məlum olmadığı üçün Kanadanın Baş naziri itki sayının artacağının istisna edilmədiyini bildirib.3-mərtəbəli binada yanğın gecə saatlarında başlayıb və səhərədək davam edib. Yanğınsöndürənlərin hadisə yerinə vaxtında çatması da kömək etməyib. Yanğın o qədər güclü olub ki, yanğınsöndürənlər qocalar evindən yalnız 20 nəfəri evakuasiya edə biliblər. Hazırda dağıntılar arasında xilasetmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR