Çexiyanın paytaxtı Praqada Alzheimer (unutqanlıq) xəstələrinin olduğu qocalar evində baş verən yanğında 54 nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, naməlum səbəbdən baş verən yanğında qocalar evindəki 56 xəstədən 54-ü yaralanıb.
Yaralılardan 2-nin səhhətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, yanğından müdafiə briqadalarının köməyi ilə yanğın söndürülüb.
Hadisəylə bağlı araşdırmalara başlanılıb.