Qocalar evində çəkilən görüntülər beynəlxalq ictimaiyyətin böyük reaksiyasına səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kosovonun Peje şəhərindəki qocalar evində çəkilən görüntülər həm ölkədə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurub.
Belə ki, qocalar evindən çəkilmiş görüntülərdə gənc tibb bacısının yaşlı qadını divara çırpması və sonra təpiklə vurması görünür. Sosial şəbəkədə paylaşılan videoda tibb bacısının "Bir az şillə, bir az da təpik” sözlərini bildirdiyi görünür.
Dəhşətli video ortaya çıxandan sonra hadisə ilə bağlı araşdırmalara başlanarkən tibb bacısı və təmizlik işçisi polis tərəfindən nəzarətə götürülüb.
Məlumata görə, videoda başqa işçilər də olub və videonu çəkən şəxs hadisə zamanı gülüb.
Qeyd edək ki, məsələ ilə bağlı danışan Kosovo Daxili İşlər naziri Xhelal Svecla "Köməyə və qayğıya ehtiyacı olan bir yerdə bu qədər ciddi zorakılığın olması qəbuledilməzdir. Bu cinayəti törədənlər və şərik olanlar məsuliyyətə cəlb olunacaqlar”, deyə bildirib.
Mikayıl