“Qocalıram, ər çörəyi yeyib, qane olmalısan” - Fatimə

“Qocalıram, ər çörəyi yeyib, qane olmalısan” - Fatimə
MAQAZİN
12:49 10.05.2018
4685
"Düşünürəm ki, səs-soraq gələndə elə gəlməlidir ki, bu işinlə, təqdimatınla bağlı olsun. Bu dəqiqə insanların özlərinin problemləri var. Efirdə də bizim öz problemlərimizdən danışmağımız, onlara pis auramızı ötürməyimiz düzgün deyil”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva ARB Ulduz-un "Şou məkan” proqramına açıqlamasında deyib. Sənətçi qocaldığını etiraf edib:

"Ər çörəyi yeyib, buna qane olmalısan. Bu o demək deyil ki, özünü öldürməlisən. Bu, mənim həyat tərzimdir. Bunsuz yaşaya bilmərəm. Bu gün mənim işim yoxdur. Mənə depressiya gəlir. Başım ağrıyır, qocalıram, elə bilirəm daxilən 80 yaşım var.

Mənə hər zaman paxıllıq da edəcəklər, ayağımın altını da qazacaqlar. Sizə neqativ sözlər də göndərəcəklər ki, ruhdan düşəsiniz. Düşünürəm ki, bu vaxta kimi tamaşaçı sevgisi bizi ayaqda saxlayıbsa, o zaman var olduğum müddətcə yaradacılığımı tamaşaçılara təqdim edəcəm”.
Fatimə qızı Aydanla heç bir fotosunu artıq sosial şəbəkədə yayımlamayacağını söyləyib:

"Artıq qızımla şəklimi görə bilməzsiniz. Mümkün deyil. Əslində mən istəyərəm ki, olsun. Allah hamıya qismət eləsin. Gözəl-göyçək qızım var. Ağıllı, kamallı. Gizlətməyə bir qorxum da yoxdur. Sadəcə qızım böyüyüb. Onun öz həyatı, öz gələcəyi olduğuna görə belə istəyir. Deyir ki, mən heç yanda görünməməliyəm. Oğlum, bəlkə, böyüyəndə deyəcək ki, mən də kameralardan uzaq olmaq istəyirəm. Amma inanmıram. Onda mənim xarakterim var. Çünki o indidən xoşlayır.
 
Nə yoldaşım, nə qızım belə şeyləri sevir. Adi insan kimi yaşamaq istəyirlər. Amma oğlum rəqsi, performansı sevir. İndidən sənətə meyillənib”.
 

OXŞAR XƏBƏRLƏR