"Qoca"nın qaçmasına görə həbs edilən tabor komandiri hakim qarşısında

KRİMİNAL
15:37 25.12.2018
3547
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri, Penitensiar Xidmətin keçmiş tabor komandiri Bəhruz Abdullayev son sözlə çıxış edib.

O, günahsız olduğunu, özünü təqsirli bilmədiyini deyib. B.Abdullayev son sözündə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra qarovul rəisinin keçmiş müavini Tural Poladxanov son söz deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını isəyib.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:21 07.07.2020

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

13:19 07.07.2020

İldırım 16 yaşlı futbolçunu belə vurdu - VİDEO

13:17 07.07.2020

305 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb - RƏSMİ

12:57 07.07.2020

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

12:52 07.07.2020

Bu şəxslərin işləməsinə yenidən icazə verildi - RƏSMİ

12:39 07.07.2020

Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir

12:32 07.07.2020

Bakı polisi reyd keçirir - FOTO

12:12 07.07.2020

Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”

12:11 07.07.2020

Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”

11:53 07.07.2020

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar

11:34 07.07.2020

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

11:24 07.07.2020

Bakıda karantin qaydalarını pozan çay evinin icarədarı 2000 manat cərimələndi - FOTO

11:16 07.07.2020

"Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzov

11:10 07.07.2020

Bəzi icazələr aktivləşdirildi, portalı yenidən yoxlayın

11:07 07.07.2020

Hər bir dərdin dərmanı, çay - Lənkərandan FOTOSESSİYA

10:52 07.07.2020

ATU-nun Tədris Cərrahiyyə Klinikasının 33 həkimi koronavirusa yoluxdu