“Qohumlar zəng vuranda, xoşuma gəlmir” - Gülay Zeynallı

“Qohumlar zəng vuranda, xoşuma gəlmir” - Gülay Zeynallı
MAQAZİN
10:28 29.04.2019
7895
Müğənni Gülay Zeynallı "Atv maqazin onlarla” verilişinin "Onlarla üç dəqiqə” rubrikasının qonağı olub.
 
O, "Valideynlər boşananda uşaq atasında ya anasında qalmalıdır” sualına cavab verib:

"Min ata bir yerə yığışsa, bir ananın yerini vermir. Ana bir gecədə 3-4 dəfə ayılır, uşağın paltarını dəyişir, ata isə xoruldayır. Kamillə boşanma xəbərimizi mətbuat və ətrafımızdakı insanlar çıxarıb”.

O, daha sonra qohumlarının zəngləri ilə bağlı sualı da cavablandırıb:

"Qohumlarım tez-tez zəng vuranda, xoşuma gəlmir. Bir neçə il bundan qabaq Amerikaya səfərim var idi. Bacım o qədər "WhatsApp”la zəng vurdu ki, axırda onu bloka atdım”. 
 
///Axşam.az 
OXŞAR XƏBƏRLƏR