Qohumunu hədələyib 100 min dollar tələb etdi - restoranda tutuldu

Qohumunu hədələyib 100 min dollar tələb etdi - restoranda tutuldu
SOSİAL
13:31 11.12.2021
714

Bakıda qohumundan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR