"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi son turlar qol vura bilməməsinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Sky Sport"a danışan Runi komandasının qələbə qazanmasının daha vacib olduğunu bildirib:
"Komandanın əsas hücumçularından biriyəm. Buna baxmayaraq, son turlar qol vura bilmirəm. Ancaq qol vurmamağım vecimə də deyil. Çünki əsas komandamın qələbə qazanmasıdır. Əgər komandam qələbə qazanmasa, bu, məni ciddi narahat edər. Belədə hər şey qaydasındadır. Premyer Liqada çempionluq uğrunda mübarizəni davam etdiririk".
Qeyd edək ki, "Mançester Yunayted" 7 turdan sonra 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.