Qolu sınıq küçə süpürən qadın haqda - Yeni xəbər

Qolu sınıq küçə süpürən qadın haqda - Yeni xəbər
SOSİAL
12:31 21.07.2018
13234

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son günlər qolu sarıqlı şəkildə Bakı küçələrini süpürməklə məşğul olan qadın haqqında məlumat yayıb. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın - Alaverdova Nelya Mamedovna ilə görüşərək, onunla söhbət aparıblar.

Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiyası alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib.

Bundan başqa N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib. Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:53 07.07.2025
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq