Türkiyəli aktrisa Qonca Vuslateri Venesiya Film Festivalını sərt şəkildə tənqid edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Fələstinin adını çəkmədiyinə görə Venesiya jürisinə sərt reaksiya verib.
Vuslateri "X" hesabında verdiyi açıqlamada "Venesiya Film Festivalının münsiflər heyətinin prezidenti Fələstinin adını qeyd etmədi. O, sualları rədd etdi, "Gəlin burada kinodan danışaq” dedi. Kino nədən danışır bəs? Fələsti üçün bir ovuc un qədər dəyəriniz yoxdur" sözlərini yazıb.
Aysel