Qondarma "erməni soyqırımı" oyununda Fransa sadəcə oyunçudur (KÖŞƏ)

Qondarma "erməni soyqırımı" oyununda Fransa sadəcə oyunçudur (KÖŞƏ)
KÖŞƏ
13:11 25.12.2011
2983
Ramilə Əliyeva Qondarma "erməni soyqırımı" oyununda Fransa sadəcə oyunçudur Fransanın son günlərdə qondarma erməni soyqırımını qebul etməsinə və bu soyqırımı qəbul etməyən Fransa vətəndaşlarının cəzalandarılmasına yönəldilmiş təbdirləri bütün dünyada ciddi əks-sədaya səbəb oldu. Az qala bütün dünya qondarma "erməni soyqırımı" haqqında danışır. Bu məsələ haqqında düşünəndə bir çox fikirlər irəli sürmək olar. Çox güman ki, Nikola Sarkozi ümumiyyətlə bu qanunu imzalamayacaq və bu sadəcə hansısa həqiqətlərin üzə çıxması üçün lazım olan oyun və erməni diasporasının növbəti PR aksiyasıdır. Artıq faktdır ki, Türkiyə Avropa İttifaqında aparıcı yer tutmağa başlayıb, bununla yanaşı demoqrafik statistika göstəricilərə görə 10 ildən sonra Türkiyə Avropa İttifaqında ən çox əhalisi olan dövlətə çevriləcək və bu Türkiyəyə ciddi üstünlüklər verəcək. Türkiyə Avropa Parlamentində dominant olacaq. Paralel olaraq Türkiyə Avropa Şurasına üzv olmaq üçün artıq bütün kriteriyalara cavab verir. Avropa Şurasında ciddi lobbiçiləri var və ən az zamanda üzv olmaq real faktdır. Bütün bunlarla bərabər Türkiyənin son dövrlərdə dünyada baş verən bir çox siyasi-ictimai hadisələrə öz ciddi mövqeyini bildirməsi, İsrail məsələsində dəyişilməz mövqe tutması, Suryada baş verənlərə fərdi baxışları bütün dünyda olmasa da, onun bir hissəsində hegemonluq iddiasını açıq göstərməsidir. Bu ən başlıca şəkildə Avropanı, həmçinin dünyada hegemoluq iddiasi daşıyan ABŞ və Rusiyanı da narahat edə bilər. Sadalananlara son dövrlərdə Türk Dünyasının birləşməsi üçün edilən səyləri əlavə etsək bu qorxunun əsassız olmadığını görərik. Türkiyənin gücünü yoxlamaq üçün nə etmək lazım idi. Əlbəttə Türkiyə üçün ən önəmli məsələ qondarma "erməni soyqırımnı" gündəmə gətirmək. Bu Türkiyənin nəyə qadir olduğunu açıq şəkildə göstərəcəkdi. Türkiyəyə müsəlman ölkələrindən dəstək gələcəkmi, hansı coğrafi partnyorlar səslərini çıxardacaqlar, Türk Dünyası işə düşəcəkmi? Bu suallara cavab tapmaq üçün ortaya atılacaq məsələ ancaq "erməni soyqırımı" ola bilərdi. Həm suallara cavab tapılacaq, həm də müəyyən müddətlik də olsa Türkiyənin dünyada baş verən hadislərə öz siyasi şərhlərini verməsinin qarşısı alınacaqdı. Hələlik bütün bunlar alnır. Sual doğur: bəs niyə Fransa? Fransadan başqa bu öhdəliyi fikrimcə heç bir başqa Avropa ölkəsi üzərinə götürməzdi. Fransa həmişə qəribə və anormal qayda və ya novatorluqlarla seçilən ölkə olub. Qərar qəbul edilmədiyindən sonra deyiləcək: Fransa idi də. Digər bir faktor isə Fransada erməni diasporasının sayca digər Avropa ölkələrində olduğundan daha çox olmasıdır. Daha bir alibi: bizə aid deyildi, ermənilər edir. Bir çox məsələlər Fransanın bu addımında erməni diasporasının bir başa əlaqəsi olmadığını sübut edir. Cari ildə erməni diasporası öz mövqelərini xeyli zəifləyib və diqqətini sırf Ermənistanın daxili siyasətində baş verən proseslərə yönəldib. Ermənistanda baş verənlər "daşnaksyutunun" idarəsi altından çıxıb. Bu isə Ermənistanı saxlayan "daşnaksyutun diasporasına" ciddi təsir edir. Fransanın qəbul etmək istədiyi "erməni soyqırımını tanımayanlara" cəza tətbiqi qaydası dünyanın bir çox ölkələrinin qəbul etdiyi insan haqqlarına dair konvensiya və paktlarla qorunun fikir azadlığı hüququnu pozur. Bu qanun pozuntusuna qarşı niyə indiyənə kimi heç bir Avropa ölkəsi reaksiya vermədi. Türkiyəni dəstəkləyən həlləlik ancaq müsəlman ölkələridir. Marqlı bir təsadüfdür.Bu arada Gürcüstanın bu məsələdə susması da maraq doğurur. Postsovet ölkələrində demokratiya beşiyi sayılan Gürcüstan susur və danışmaq istəmir. Faktdır ki, Gürcüstanın birinci iqtisadi partnyoru Türkiyə, ikinci isə Azərbaycandır. Amma erməni diasporası Gürcüstanda xeyli güclüdür. Daha bir faktor var 2008-ci ildə Gürcüstanı Rusiyanın pəncəsindən xilas edən məhz Fransa prezidenti Sarkozi olub. Fransanın qaldırdığı anormal bir məsələ Türkiyənin dünyadakı mövqeyini aşkar etməklə yanaşı Güney Qafqazda da nigarançılıq yaradacaq. Kim kimdir öyrənmək vaxtı gəlib. Güney Qafqazın regionda tutduğu coğrafi mövqe heç kim üçün gizli deyil. Azərbaycanın mövqeyi bəllidir. İqtisadi cəhətdən heç kimdən aslı olmayan Azərbaycan, Türkiyə tərəfində olacaq, bununla yanaşı Xocalı soyqırımı məsələsi var və bu özü elə bir cavabdır. Ermənistanın halı hamıya məlumdur. Bir vaxtlar Rusiyanın saxladığı bir dövlət, indi İrana satılmaq istəyən. Qalır Gürcüstan. Tamlıqla Qərb siyasətini dəstəkləyən bir ölkə, amma iqtisadi, coğrafi cəhətdən Türkiyədən aslı. Mövqeyi maraq doğurur. Xatırladım ki, bir neçə il öncə erməni diasporası qondarma "erməni soyqırımının" tanınması üçün Gürcüstan Parlamentinə də müraciət etmişdi. Hadisələrin nəticəsini bir-neçə gündən sonra görəcəyik. Suallara cavabı isə illər sonra tarıxdən alacağıq, hansısa siyasətçinin memuarlarından oxuyacağıq. Çox təssüf ki, bu oyunda ilk növbədə qalib gələn ermənilərdir. Fransa bu qanunu tam olaraq qəbul etsə də, etməsə də hamının erməni soyqırımı haqqında danışması ermənilərə yetərlidir. Bu da propaqandanın bir növüdür.
OXŞAR XƏBƏRLƏR