Qonşular arasında mübahisə bıçaqlanma ilə nəticələndi
11:01 26.01.2013
908
Bu gecə saat 23:40 radələrində Abşeron rayonunda qonşular arasında mübahisə dəhşətli qətllə başa çatıb. Rayon Prokurorluğundan verilən məlumata görə, qanlı hadisə Aşağı Güzdək qəsəbəsində baş verib.Belə ki, 17 yaşlı Orxan Rafiq oğlu Zamanov qonşusu 33 yaşlı Famil Kamal oğlu Usubovla aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Sonradan mübahisə davaya keçib. Nəticədə Orxan Zamanov qonşusu Famil Usubovun ürəyinə bir neçə bıçaq zərbəsi endirib.