Qorxmaz Hüseynov: Bizim Babək prospektində heç bir işimiz qalmayıb

Qorxmaz Hüseynov: Bizim Babək prospektində heç bir işimiz qalmayıb
SOSİAL
12:44 07.11.2019
4695
Babək prospektində kanalizasiya xətlərinin yenidən çəkiləcəyi ilə bağlı xəbər yanlışdır.

Bunu "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yayılmış informasiya tamamilə səhvdir və bu məlumatla bağlı texniki xəta olub:

"Həmin prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə, saytda yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Saytda tarix səhv qeyd olunub”.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR