Qorxunc xəbərdarlıq: Körpələrdə cihazdan istifadə bu problemə səbəb olur

Qorxunc xəbərdarlıq: Körpələrdə cihazdan istifadə bu problemə səbəb olur
DÜNYA
12:28 06.11.2023
172
İsveçli həkimlər iki yaşından kiçik uşaqların smartfon və planşetlərdən istifadə etməsinə, televizora baxmasına icazə verilmədiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ekran vaxtının uşaqların inkişafına təsirini qeyd ediblər.

Həkimlər iddia edirlər ki, uşaqları ekranlardan istifadə etməyə istiqamətləndirmək onlara yaxşı yemək vərdişləri və ya yol hərəkəti təhlükəsizliyini öyrətmək qədər vacibdir.

İsveç Pediatrlar Assosiasiyası da valideynlərə tövsiyə edib ki, iki-beş yaş arası uşaqlar üçün gündə bir saat kifayət qədər ekran vaxtıdır. Müvafiq olaraq, iki yaşdan yuxarı uşaqların da ekrana baxma vaxtı məhdud olmalıdır.

Assosiasiyanın yeni hesabatında deyilir: "Rəqəmsal ekranlar faydalı məlumat, əyləncə və digər insanlarla əlaqə yaratmaq imkanları təmin edə bilsə də, uşaqların beyni bu faydaları mənimsəmək üçün hələ kifayət qədər yetkin deyil. Əksinə, araşdırmalar göstərir ki, rəqəmsal ekranların erkən istifadəsi uşaqların inkişafına mənfi təsir göstərə bilər”.

Araşdırmalar həmçinin göstərir ki, ekran qarşısında daha çox vaxt keçirən uşaqlarda davranış problemi və ya uşaqlıq depressiyasına daha çox rast gəlinir.

Həkimlər həmçinin valideynləri və digər böyükləri ekrandan istifadələrinə nəzarət etməyə çağırıblar.

Ayşən
OXŞAR XƏBƏRLƏR