"Qorxuram ki, ölsün, dul qalım" - Atası yaşında kişiyə ərə getmiş qadın

"Qorxuram ki, ölsün, dul qalım" - Atası yaşında kişiyə ərə getmiş qadın
DÜNYA
17:34 08.10.2018
6660
"İlk övladıma hamiləyəm. Özümdən xeyli yaşlı kişiyə ərə getmişəm. Məni çox tənqid edirlər, "atan yaşında kişi ilə ailə qurmusan" deyirlər. Eynimə deyil. Sadəcə, qorxuram ki, günlərin birində ərim ölsün, dul qalım".

İngiltərənin Mançester şəhərində yaşayan 30 yaşlı Çelsi Mur Tompson belə deyir.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, o, 53 yaşlı Qeri Raqlanla ailə qurub. Çelsinin dediyinə görə, 26 yaşı olanda Qeri ilə İspaniyanın Tenerife kurortunda tanış olub, ona vurulub.

Çelsi yeni ailə quranda ana olmağı düşünmürdü. Lakin ötən il o, mövqeyini dəyişib, hamilə qalıb. Çelsi bətnindəki oğlunun doğulacağı günü səbirsizliklə gözlədiyini söyləyir.

Qerinin əvvəlki nikahdan olan 21 yaşlı və 13 yaşlı iki oğlu da Çelsi ilə normal münasibətdədir.
OXŞAR XƏBƏRLƏR