Qorxuya yox deyək – I YAZI

Qorxuya yox deyək – I YAZI
KÖŞƏ
17:47 17.01.2012
2516

Nəcəf Allahverdiyev ("KarnegiKlubun" rəhbəri)

İnsanlıq (bəşər) yaranan gündən dil bir ünsiyyət vasitəsi olaraq insan həyatında çox önəmli rola malik olub. Dilin, danışığın bu müstəsna rolu günümüzdə də çox aktualdir. İstər insanlar arası münasibətlərin qurulmasından tutmuş insanın cəmiyyətdə hər hansi bir mövgeyə sahib olmasında, ailədə dostların çevrəsində, məktəbdə, universitet auditoriyasında, işdə və iş karyerasının qurulmasında dilin, danışıq qabiliyətinin böyük önəmi var. Hələ Napoleon demişdir ki, “Danışa bilməyən (danışıq qabiliyyəti olmayan) insan özünə karyera qura bilməz”. Məhşur bir deyimdə deyildiyi kimi - insanı onun zahiri görnüşünə görə qarşılayırlarsa, onu ağlına görə yola salırlar. İnsanın ağlını göstərən əsas vasitəsi məhs onun danışıq qabiliyyəti olur. Danışıq sanki insanın vizit kartıdır. İnsan danışanda istəsə, istəməsə də öz daxilini açmış olur. Sokrat qabağında dayanan və susan oğlana demişkən ”Mən səni görmürəm. Danış ki mən səni görüm!”. Danışıq qabiliyətinin önəmliliyi özü özdülüyündə isbata ehtiyacı yoxdur. Amma nə qədər qəribə olsada insanların çoxu digər insanlar önündə danışmağa utanır, hətda deyərdimki qorxur.

İnsanların bir çox qorxu və fobiyaları var. Bu fobiyalar insanda müxtəlif stresslər və komplekslər yaradır. İnsanların nədən çox qorxduğunu araşdıran psixoloqlar maraqlı nəticə əldə etmişlər. Bələ ki insanlar arasında onların ən çox nədən qorxduqlarını araşdıran təhqiqat maraqlı nəticələr vermişdir. Təhqiqatda iştirak edən çox saylı insana bir siyahı təqdim edilmişdir və bu siyahıda qorxu amili olan çoxlu sayda faktor göstərilmişdir: Ölüm qorxusundan tutmuş – siçanlardan qorxuya kimi; Hündürlük qorxusundan tutmuş – hörmüçələrdən qorxuya kimi.

Birinci yeri gözlənilən kimi ölüm qorxusu tutdu. Və buda təbiidir. Bir çox insan onların ömürlərinin sona yetməyindən qorxurlar. Qorxular sırasında ikinci yeri tutan, nə qədər qəribədə və gözlənilməz olsada toplum önündə, insanlar önündə danışmaq qorxusu tutdu.

Bəli, insan uşaqlıqdan yiyələndiyi bu qabiliyyəti qarşısında insanların sayı artdıqca sanki, itirməyə başlayır. Onu tər basır, dili topuq vurmağa başlayır, dizləri əsir, həmişə dadına çatan əlləri isə ona kömək etmək əvəzinə mane olmaga başlayır. İnsan razı olar ki, hər nə eləsin, amma toplum önündə çıxış etməsin.

Bəziləri bu qorxunun oldugunu hamıdan gizlədir və ömrü boyu bu qorxu ilə yaşayır, bəziləri öz gücləri ilə bu qorxuya qələbə çalmağa çalışırlar . Dünyada çoxlu sayda kitab və məqalə bu qorxunu candan çıxarmağın üslublarını öyrətməyə cəhd edib. Ancaq üzməyin kitablardan öyrənilməsi çətin və bəzi hallarda qeyri - mümkün olduğu kimi bu qorxunuda oxumaqla candan çıxartmaq çox çətin məsələdir.

Bəs nə etməli? Bu qorxunu hansı yollarla candan çıxarmalı?

Cavabların axtarışında bir qədər dərinə gedək!

ARDI VAR...

OXŞAR XƏBƏRLƏR