Qrenlandiyada deputatların əksəriyyəti ABŞ ilə razılaşmanı dəstəkləyib

Qrenlandiyada deputatların əksəriyyəti ABŞ ilə razılaşmanı dəstəkləyib
DÜNYA
06:13 13.10.2026
132
Qrenlandiyada deputatların əksəriyyəti adada ABŞ hərbçilərinin rolunu genişləndirəcək və iki yeni hərbi bazanın yaradılmasına yol açacaq razılaşmanın lehinə çıxış edib.

"Reuters" xəbər verir ki, qanunvericilər bazar ertəsi keçirilən parlament debatları zamanı sənədə dəstəklərini ifadə ediblər.

Bununla belə, müxalifətin bəzi nümayəndələri onun Qrenlandiya üçün iqtisadi faydasına şübhə ilə yanaşıblar.

ABŞ, Danimarka və Qrenlandiya sentyabrda ABŞ Prezidenti Donald Trampın ada üzərində nəzarət qurmaq istəyi ilə bağlı bəyanatlarından sonra yaranmış gərginliyə son qoymaq məqsədilə razılaşma imzalayıb.

Sənəd ikinci oxunuşdan keçməlidir, bundan sonra o, səsverməyə çıxarılacaq. Parlamentin razılaşmanı təsdiqləyəcəyi gözlənilir.

O, Qrenlandiyada ABŞ hərbi iştirakının genişləndirilməsini, iki yeni bazanın yaradılmasını və "Qızıl qübbə" raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, sənəd Danimarkanın suverenliyini və Qrenlandiya sakinlərinin öz müqəddəratını təyin etmə hüququnu təsdiqləyir.
 
///report///
OXŞAR XƏBƏRLƏR