Aparılan araşdırmalar nəticəsində qripin başlanmasından 3 gün sonra ilə 3 ay arasında infarkt keçirmə riskinin 5 dəfə çox olduğu ortaya çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, soyuq qış aylarında ürək-damar xəstəliklərindən ölüm hallarında ciddi artım müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, ürək xəstəliyi olan insanlar bu dövrlərdə həm qrip, həm də pnevmoniya peyvəndi olmalıdırlar.
Ürək-damar Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Hayati Dəniz qrip növlərinin ciddi sağlamlıq problemlərinə səbəb olduğunu bildirib.
"Qrip infeksiyaları bəzən çox ciddi simptomlara səbəb olsa da, çox vaxt 3-10 günə qədər gündəlik həyata təsir edə bilir", deyə həkim qeyd edib.
O əlavə edib ki, dünyada xəstəliklərdən yaranan ölümlər arasında ürək-damar xəstəlikləri birinci yerdədir. Professor qış aylarına ürək-damar xəstəliklərindən ölümlərdə artım olduğunu deyərək bunları qeyd edib:
"Xüsusilə soyuq qış aylarında ürək-damar xəstəliklərindən ölümlərdə ciddi artım var. Qış aylarında ürək-damar xəstəliklərindən ölümlərin artması, soyuğun damarlara təsirini azaltması, damarlara təsir etməsi ola bilər. Eləcə də qriplə birlikdə artan bədəndəki iltihablı vəziyyət ürək-damar damarlarına da təsir edir".
Professor ölüm hallarının çoxunun ürək-damar xəstəliklərindən olduğuna da diqqət çəkərək, "Xüsusilə 60 yaşdan yuxarı insanlar və ürək xəstəliyi məlum olanlar qripə yoluxanda çox diqqətlə izlənilməlidir”, - deyə xəbərdarlıq edib.
Günel