Qrip peyvəndi hər il oktyabrda vurulmalıdır - RƏSMİ

Qrip peyvəndi hər il oktyabrda vurulmalıdır - RƏSMİ
SAĞLAMLIQ
11:27 07.12.2021
510
"Qrip hər il oktyabr ayından başlayaraq dekabr ayına qədər artır və aprel-may ayları da daxil olanda geniş yayılır. Ona görə də qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır".

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev deyib.

O bildirib ki, risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər:

"Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70 %-dən çox qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısı alına bilər.

Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir".

Z.Quliyev qeyd edib ki, qrip (tibbi adı influenza) hər il dünyada təxminən 2-5 milyon insana yoluxan, 250 mindən çox insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir: "Xəstəliyə səbəb olan influenza virusunun (H3N2) quruluşu asanlıqla dəyişir.

Virusun asanlıqla tərkibinin dəyişməsi xəstəliyə hər il yoluxmamızın səbəbidir. Qrip ani başlayan hərarət, öskürək, boğaz və baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə müşahidə olunur. İnfluenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur.

Qısa bir inkubasiya dövründən sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir".

"Temperatur 38 və daha yüksək ola bilər və bir neçə gün davam edir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru, sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur.

Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishala da rast gəlinir. Qrip hava-damcı yolu ilə yoluxur.

Öskürən və ya asqıran xəstə insan hava-damcı yolu ilə çox sayda virusu ətrafa yayır. Ətrafa yayılan virus damcıları ağız, burun, ya da gözlərə təmas etdiyindən yoluxma qeydə alınır. Bu səbəblə qripli xəstə virusu ətrafa yaymamaq üçün asqıran, yaxud öskürən zaman ağzını dəsmalla, yaxud qolları ilə tutmalıdır. Qripli xəstə tez-tez əllərini yumalı, su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə etməlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı