Meksikada ilin əvvəlindən qripdən ölənlərin sayı 315 nəfərə çatıb.
AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.Onlardan 291 nəfəri donuz qripindən dünyasını dəyişib. Müxtəlif qrip tiplərinə yoluxanların ümumi sayı artıq 3 min nəfərə çatıb.Yoluxma hallarının təqribən yarısı paytaxtın federal dairəsi, Xalisko, San-Luis-Potosi, Mexiko və Nuevo-Leon ştatlarının payına düşür. Meksikada donuz qripinə ilk yoluxma hadisəsi 2009-cu ildə qeydə alınıb.