Sənədləşmə işləri aparılır.
Çeçenistanın paytaxtı (Rusiya Federasiyası) Qroznı şəhəri ilə Bakı arasında müntəzəm avtobus reyslərinin açılması istiqamətində hazırlıq işləri gedir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, hazırda Azərbaycan tərəfi ilə Qroznı-Bakı avtobus marşrutunun açılmasına dair zəruri sənədlərin rəsmiləşdirilməsi prosesi gedir.
Qeyd edək ki, Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyi Bakı ilə yanaşı, Rusiyanın Sankt-Peterburq və Kazan, eləcə də Qazaxıstanın Atırau şəhərlərinə beynəlxalq avtobus reysləri açmağı planlaşdırır.