Qrup rəhbərindən şok iddia: "Özündən bir neçə yaş böyük kişiynən yaşıyırmış"

Qrup rəhbərindən şok iddia: "Özündən bir neçə yaş böyük kişiynən yaşıyırmış"
MAQAZİN
18:30 25.02.2014
2394

“İdeal” qrupunun rəhbəri Səbinə Rəcəbli Showlife.az-a müsahibəsindəşok açıqlamalar etdi

-Musiqi arenasında adınız çox da hallanmır, Səbinə Rəcəbli kimdir?

-1975-ci ildəQaradağ rayonunda anadan olmuşam. Tibb Universitetini bitirmişəm, lakin Tibb Universitetində çox az bir müddətdə işləmişəm. 2001-ci ildə mətbuatda fəaliyyətim olub..Mən ANS telekanalında aparıcı işliyən Elgizə öz təşəkkürümü bildirirəm.İndi isə prodüsser işləyirəm. “İdeal” qrupunun rəhbəriyəm və 5ildir qrup fəaliyyət göstərir. Bir qızım var, bir oğlum.

-Xaricdə belə deyil, lakin bizdə prodüsserlər çox vaxt kölgədə qalırlar, sizcə nə ilə bağlıdır?

-Düzdür, mən də çox vaxt aldanmışam, müğənnilərlə işləmişəm. Amma həqiqətən kölgədə qalan prodüsserləri mən də görmüşəm. Kiminsə diskin daşımaqdansa qrup yaratmaq fikrimcə daha məsləhətdir. Mən qrup rəhbəri kimi kölgədə deyiləm. Elə bil qrup tanıyıram ki, on ildir fəaliyyət göstərir, indiyənə kimi bir paltarları olub və yalnız bir klip çəkdiriblər. Özləri bilir mən kimə deyirəm və həmişə də deyəcəm. Tərifləmək kimi çıxmasın, bu 5 ilin içində “İdeal” qrupu üçün 70-80% iş görmüşəm. Yəni, hazırda “İdeal” qrupunu çox adam tanıyır.

-Qrupda gənc qızlarnan işləmək onların kaprizlərinə dözmək sizə çətinlik yaradırmı?

-Mən onları bir balam kimi yola vermişəm, əgər çörək pulu qazanmaq istiyirəmsə onlara öz balam kimi baxıram. Bir- iki ay bunnan əvvəl telekanallarda söz- söhbət yayılmışdı ki, guya mənim qrupumda çalışan Pərvanə adında bir qız itib. Pərvanə adında qız mənə neçə dəfələrlə xahiş etdi ki, məni öz qrupunuza daxil edin, dedim, qrupumda 3 qız var. Hansı biri ailə həyatı qurar və ya qrupdan çıxar, onda səni götürərəm. Qızlardan biri xəstələndi, Pərvanəyə zəng vurdum ki, gəl qrupa işlə. Gəldi Bakıya, bir toya getdi. Rayonların birində də bu hadisə baş verdi. Belə başa düşürəm ki, anası bu hadisəni mənə bir qurğu kimi qurmuşdu. Zəng edirdilər ki, bizə on min manat pul ver, gedək qızımızı axtaraq. Qızı Bakıda özündən bir neçə yaş böyük kişiynən yaşıyırmış. İndi o, ailə həyatı qurub. Allah onu xoşbəxt eləsin. Mən bir şeyi vurğulamaq istiyirəm ki, yaxşı ki, mənim qrupumda ölüm- itim hadisəsi olmuyub və yaxud başqa bir pozğunluq yoxdu. Qrupdan indiyənə kimi 4-5 qız qrupdan ayrılıbsa da hamısı ailə həyatı qurub. Allah hamısını xoşbəxt eləsin.

-Qrup rəhbərlərinə çox vaxt “disk daşıyan” deyirlər. Bu sizə mane olurmu?

-Mənim qrupumdursa, onun diskini də daşıyaram, əzabını-əziyyətini də çəkərəm. Mənim şəxsi qrupumdursa, hər çətinliyə dözərəm.

-Azərbaycanda tanınmış və gündəmdə qalan prodüser sizcə kimdi?

-Azərbaycanda ən tanınmış prodüser mənim fikrimcə Tolikdir, yəni Tarix Əliyev. Mənə elə gəlir ki, Tolik sözü - əməli ilə hazırda öndədir.

-Səbinə Rəcəbli adi həyatda necə insandır?

-Həyatda çox səmimi mehriban insanam.Bir sözlə dəymə mənə, dəyməyim sənə. Yəni ki, quyruğumu tapdalama. Özümü tərifləməyi çox xoşlamıram.

Fərid Xıdırlı

OXŞAR XƏBƏRLƏR