Məşhur portuqaliyalı futbolçu Rikardo Quaresma futbolu tərk edəcəyi tarixi açıqlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş "Beşiktaş"lı futbolçu Quaresma gələcəyi ilə bağlı açıqlamalar verib.
Portuqaliya mətbuatından O Jogo-ya danışan Quaresma bu fikirləri söyləyib: "Ən az bir il daha davam edə bilərəm. Arzularımı həyata keçirməyə davam edirəm. Bir il daha davam edə biləcəyimi hiss edirəm və sonra futbolla vidalaşacağam" - deyib.
Qeyd edək ki, portuqaliyalı ulduz 1 iyul 2022-ci ildən klubsuzdur.
Günel