"Gənclər Paytaxtı 2014” seçimləri başa çatıb.
AZXEBER.COM xəbər verir ki, genclerpaytaxti.az saytında davam edən səsvermə 23 yanvar tarixində başlayıb və bu gün başa çatıb. Son dəqiqəyə qədər qızğın mübarizə şəklində keçən səsvermənin qalibi 42,1 % səslə Quba olub. İkinci yerə isə 41 % səslə Cəlilabad rayonu sahib çıxıb. 3-cü isə 6,1 % səslə Şəmkir olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycanın gənclər paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir. 2012-ci ldən başlayaraq ilk Gənclər Paytaxtı Gəncə olmuşdur. Keçən il isə Biləsuvar rayonu gənclərinin təşkilatçılığı və bacırıqları sayəsində 2013-cü il Gənclər Paytaxtı seçilib.
![](/file/pic/xeber/2014-02-02/73987.jpg)