"QUBA PALACE HOTEL"də sevinc dolu gün - VİDEO

"QUBA PALACE HOTEL"də sevinc dolu gün - VİDEO
SOSİAL
15:44 18.01.2026
1839
Quba Palace ailəsi bu dəfə ən dəyərli qonaqlarını – öz əməkdaşlarının övladlarını qarşıladı. Balaca ürəklərin sevinc dolu gülüşləri ilə başlayan tədbir uşaqlar üçün əsl bayram ab-havası yaratdı və hər kəsə xoş anlar yaşatdı.

Uşaqlar üçün xüsusi olaraq hazırlanmış bayram bufeti rəngarəng təamlar və şirniyyatlarla balacaların zövqünü oxşadı. Gün ərzində təşkil edilən maraqlı və əyləncəli oyunlar uşaqların enerjisini, sevincini və yaradıcılığını ortaya qoydu.
Hər bir balacanın üzündə yaranan təbəssüm tədbirə xüsusi istilik qatdı. Proqram boyunca nümayiş etdirilən rəqs nömrələri və şən çıxışlar isə tədbiri daha da rəngarəng və canlı etdi. 

Bu xüsusi gündə Quba Palace Hotel əməkdaşları yalnız peşəkar personal deyil, eyni zamanda övladları üçün çalışan, onlara diqqət və qayğı göstərən valideyn kimi də iştirak etdilər.

Güclü komanda dəyərlərdən başlayır. Əməkdaşların ailələri də böyük Quba Palace ailəsinin bir hissəsidir.
 

OXŞAR XƏBƏRLƏR