“Quba Palace Hotel”də baş verən faciə barədə RƏSMİ AÇIQLAMA

“Quba Palace Hotel”də baş verən faciə barədə RƏSMİ AÇIQLAMA
SOSİAL
16:27 09.07.2018
5274
Fövqəladə Hallar Nazirliyi Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlərə münasibət bildirib. 
 
AZXEBER.COM-un FHN-nin saytına istinadən xəbərinə görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb: "Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb". 
 
Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır. 
OXŞAR XƏBƏRLƏR