Bu ilin iyun ayının 23-dən etibarən Rusiyanın "Скадо строй монтаж” şirkəti tərəfindən Quba Palace otelinin kanat yolunda planlı təmir işləri həyata keçirilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Qaynarinfo-ya Quba Palace otelindən məlumat verilib. Qeyd olunur ki, təmir işləri başlandığı tarixdən etibarən kanat yolunun fəaliyyəti tam şəkildə dayandırılıb:
"Bu gün "Скадо строй монтаж” şirkəti tərəfindən aparılan təmir zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı təmiri həyata keçirən işçilərdən biri ölüb, iki nəfər isə yüngül xəsarət alıb. Bildiririk ki, xəbər saytlarında ilkin verilən məlumatlar həqiqəti əks etdirmir. Təmir işləri otelin istirahət zonasından tamamilə kənarda aparıldığından, baş verən hadisə qonaqların istirahətinə hər hansı bir şəkildə maneçilik yaratmayıb. Qonaqların istirahəti təhlükəsiz şəkildə davam edir".