Quba-Xınalıq yolunda uçqun: Kəndlərlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda uçqun: Kəndlərlə əlaqə kəsildi
SOSİAL
11:10 19.02.2018
1670

Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, yolun 35-ci km-dən 37-ci km-nə qədər olan dörd yerdə qar uçqunu qeydə alınıb. 

Yolda avtomobillərin hərəkəti dayanıb. 

Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. 

Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.

OXŞAR XƏBƏRLƏR