Qubad İbadoğlu ADR Hərəkatının sədri seçildi

SİYASƏT
13:22 21.02.2015
1578

Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri seçilib.  Q. İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bu gün keçirilən təsis konfransında açıq səsvermə nəticəsində səslərin böyük əksəriyyətini qazanıb. Qeyd edək ki, konfransda ADR sədrliyinə Vurğun Əyyub və Ellada Məmmədlinin də namizədliyi irəli sürülüb.  Onlar konfransın gedişatında öz namizədliklərini geri götürüb.

OXŞAR XƏBƏRLƏR