Qubada 4 avtomobil toqquşub, xəsarət alan var

HADİSƏ
22:04 25.06.2021
370
Qubada xəsarətlə nəticələnən zəncirvari qəza olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə 4 avtomobil toqquşub. İlkin məlumata görə, qəza zamanı azı 1 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib.

OXŞAR XƏBƏRLƏR