Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO

Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO
SOSİAL
00:27 21.08.2026
153
Quba rayonunun Küpçal və Qələdüz kəndlərinin sakinləri son vaxtlar ərazidə ayıların tez-tez müşahidə olunduğunu və vəhşi heyvanların təsərrüfatlara ziyan vurduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, son 10 gündə ayılar hətta kəndlərin daxilində, evlərin yaxınlığında da müşahidə olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Ayıların fərdi təsərrüfatlara və heyvanlara ziyan vurduğu bildirilir. Vətəndaşlar qeyd ediblər ki, qonşu kəndlərdə ayılar inəklərə hücum edərək onları yaralayıb, başqa bir kənddə isə at balasına hücum edərək onu öldürüblər.

Sakinlər yaranmış vəziyyətdən narahatdırlar və aidiyyəti qurumlardan kömək istəyirlər.

OXŞAR XƏBƏRLƏR