Qubada evdən kişi meyiti tapıldı

SOSİAL
10:56 23.01.2022
168
Qubada evdən kişi meyiti tapılıb.

Bununla bağlı məlumatı FHN yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba şəhərində bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Hüseynov Qabil Nəsib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR