Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı
SOSİAL
18:16 16.12.2022
203
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR