Qubada növbəti aksiya keçirildi - FOTOLAR

GƏNCLİK
12:10 01.08.2012
1968

Qubada fəaliyyət göstərən “YURD İntellektual Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Qubada ilk dəfə “kitab flaşmobu” keçirib.

İctimai Birliyin sədri Ramin Mahmudovun AZXEBER.COM-a verdiyi məlumata görə təşkilatın fəalı Fərid Eyyubovun rəhbərliyi altında təşkil olunan flaşmobun əsas məqsədi əhali arasında kitaba diqqət çəkmək, kitab oxumağa maraq oyatmaqdır.

Qubanın mərkəzi meydanında baş tutan tədbirdə təşkilatın 30 nəfərə yaxın fəal üzvü və könüllüsü birdən toplaşaraq oturacaqlarda oturaraq, ayaqüstə, gəzişərək, fəvvarələrin ətrafında müxtəlif mövzulu kitablar oxuyublar.

Qeyd edək ki, bu təşkilatın rayonda təşkil etdiyi 2-ci flaşmob olub. Bundan öncə gənclər rəqs flaşmobunu icra ediblər.

OXŞAR XƏBƏRLƏR